Şrift:
Təbrizdə daha bir milli fəal Mehdi Nuri də həbs edildi
13.12.2012 [10:10] - Güney Azərbaycan xəbərləri
Təbrizdə son günlərdə bir neçə azərbaycanlı milli-mədəni fəal həbs olunub.

Mehdi Həmidi Şəfiq, Əzizollah Purvəli, Həsən Ərk və Əhməd Riyazidən sonra Mehdi Nuri də tutulub və Təbriz zindanına yollanılıb.

Həmçinin keçən il Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəallardan daha 3 ilə əlaqə saxlanılıb. Təhlükəsizlik qüvvələri Cəmişid Zarei və Tağı Sələhşurun evinə müraciət edib və Vəhid Şeyxbəyli ilə onun Təbriz zindanına müraciət etməsi üçün telefon əlaqəsi saxlayıblar.

Qeyd edək ki, sözü gedən azərbaycanlı fəallar Urmu Gölü böhranı ilə bağlı çıxış yol axtarmaq məqsədi ilə təşkil etdikləri iftar mərasiminə görə, uzunmüddətli həsblərə məhkum ediliblər.

Təbrizdə son günlərdə bir neçə azərbaycanlı milli-mədəni fəal həbs olunub.

Mehdi Həmidi Şəfiq, Əzizollah Purvəli, Həsən Ərk və Əhməd Riyazidən sonra Mehdi (Elman) Nuri də tutulub və Təbriz zindanına yollanılıb.

Həmçinin keçən il Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəallardan daha 3 ilə əlaqə saxlanılıb. Təhlükəsizlik qüvvələri Cəmişid Zarei və Tağı Sələhşurun evinə müraciət edib və Vəhid Şeyxbəyli ilə onun Təbriz zindanına müraciət etməsi üçün telefon əlaqəsi saxlayıblar.

Qeyd edək ki, sözü gedən azərbaycanlı fəallar Urmu Gölü böhranı ilə bağlı çıxış yol axtarmaq məqsədi ilə təşkil etdikləri iftar mərasiminə görə, uzunmüddətli həsblərə məhkum ediliblər.
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed