17.08.2021 [15:00] - Xəbərlər, Siyasət
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin ilə təşkilatın seçilmiş Baş katibi Hissein Brahim Taha arasında görüş keçirilib. görüşdə İƏT Baş Katibliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə İƏT-in hazırkı Baş katibi ilə bu ilin noyabrında fəaliyyətə başlayacaq xələfi arasında təşkilatın fəaliyyət prinsipləri, təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əl-Osaymin yeni Baş katibi bir daha təbrik edərək, ona İslam dünyasının gələcəyi naminə fəaliyyətində uğurlar arzulayıb.
Çadlı diplomat Hissein Brahim Taha ötən il noyabrın 27-28-də Nigerin paytaxtı Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında 5 il müddətinə təşkilatın Baş katibi seçilib.

Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |