Şrift:
Azərbaycan Dillər Universiteti TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib
17.08.2021 [15:09] - Gündəm, Bildiriş
Azərbaycan Dillər Universiteti (ADU) TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib. Təlimçi ADU-nun müəllimi və “British Council” təşkilatının təlimçisi Zarema İbrahimova olacaq.

ADU-dan bildirilib ki, təlimlər 3 modul olmaqla hər biri 10 dərsdən ibarətdir. Dərslər ənənəvi şəkildə həftədə 2 və ya 3 dəfə keçiriləcək.

Daha ətraflı məlumatla ADU-nun saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq oktyabrın 9-da ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanları təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 1512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed