Şrift:
Mərdəkan çimərliyində avtomobildən qızıl saat və mobil telefon oğurlanıb
17.08.2021 [15:21] - Gündəm, Sosial
Mərdəkan çimərliyində bir nəfərin avtomobilindən qızıl saat və mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2 min manat məbləğində pul, 3 min manat dəyərində iki mobil telefon, “BMW” markalı avtomobilindən 35 min manat dəyərində qızıl saat və 5 min manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Xəzər Rayon Polis İdarəsinin birinci polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed