13.12.2012 [10:27] - Gündəm, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
GÜNEY AZƏRBAYCANDA REFERENDUM KEÇIRILMƏSI TƏLƏBI ILƏ
BMT BAŞ KATIBI CƏNAB BAN KI -MOONA
GÜNEY AZƏRBAYCAN SIYASI QÜVVƏLƏRİ TƏRƏFINDƏN
MÜRACİƏT
Hörmətli cənab Baş katib Ban Ki- Moon,
1813 və 1828-ci illərdə Qacar şahğılı (Məmalik məhrusə) və Çar imperiyası arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində zorla ikiyə bölünmüş Azərbaycanın böyük bir hissəsi (Güney Azərbaycan) iran adlanan ölkənin işğalı altındadır və orada yaşayan 30 milyondan çox azərbaycan türkü illərdir ki, fars mərkəzli rejimlər tərəfindən asimilyasion və sömürgəçi siyasətə məruz qalmaqdadır.
1925-ci ildə Qacar şahlığının çevrilişi ilə hakilmiyyətə gələn, «vahid iran milləti» şüarı altında farslaşdırma siyasətinin bünövrəsini qoyan Pəhləvi hakimiyyətinin basqısı ilə Güney Azərbaycanda yaşayan azərbaycan türklərinin milli kimliyi danıldı, tarixi təhrif edildi, iqtisadiyyatı dağıdıldı, dili və kültürü yasaqlandı. Fars şovinizminə əsaslanan ayrıseçkilik siyasətinə qarşı mübarizə aparan azərbaycan türkləri şah rejiminin tətbiq etdiyi işgəncə və həbslərə baxmayaraq, Güney Azərbaycanda 12 dekabr 1945–ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli hökumətini qurmağa nail oldular. Azərbaycan Milli Hökumətinın fəaliyyət göstərdiyi 1 il ərzində azərbaycanlıların bir çox demokratik fərdi və ictimai hüquqları ilə yanaşı, ana dilində təhsilalma hüququ da təmin edildi, Pəhləvi rejimi tərəfindən farslaşdırılmış Azərbaycanın qədim tarixi yer adları bərpa olundu.
1946-cı il yanvarın 28-də Güney Azərbaycan Milli Hökumətinin banisi S.C.Pişəvəri millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanaraq Azərbaycan Milli Hökumətinin BMT tərəfindən rəsmiyyətdə tanınması məqsədilə BMT Baş Assambleyasına müraciət etdi. Təəssüf ki, BMT Azərbaycan Milli Hökumətinin bu istəyini müzakirəyə çıxarmadan öncə Pəhləvi rejimi Güney Azərbaycan ərazisinə qoşun yürüdərək 10 minlərcə azərbaycanlının ölümü ilə nəticələnən soyqırım törətdi, Azərbaycan Milli Hökumətini devirdi və Güney Azərbaycan ərazisini işğal etdi. Bununla kifayətlənməyən Pəhləvi sülaləsi iqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı rola malik olan Güney Azərbaycanı hərtərəfli tənəzzülə uğratdı.
Güney Azərbaycanda yaşayan azərbaycan türklərinə qarşı aparılan bu irqçi siyasət 1979–cu ildən hakimiyyətə gələn islami rejim tərəfindən də farsçılıq əsasında davam etdirilir. İranın Xarici İşlər naziri Əli Əkbər Salehinin Türkiyə səfəri zamanı etiraf etdiyi kimi, İranda əhalinin 40 % azərbaycan türkü olduğu halda, bu gün də orada Güney Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsi, süni ekoloji problemlər yaratmaqla azərbaycanlıların öz tarixi torpaqlarından məqsədli şəkildə köçürülməsi planları (Urmu gölünün qurudulması), milli kimliyin inkar siyasəti ilə azərbaycan türklərinin assimilyasiona məruz qalmaları, ictimai-siyasi fəaliyyətlərə qarşı işgəncə və həbslər davam etdirilir.
Hörmətli cənab Ban Ki-Moon,
Güney Azərbaycanda 30 milyondan çox azərbaycan türkü milli-demokratik haqlar uğrunda milli azadlıq mübarizəsini davam etdirməkdədirlər. Güney Azərbaycan siyasi qüvvələri BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A ( XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynalxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində azərbaycan türklərinin iştirakı ilə Referendumun keçirilməsini tələb edir və bu məsələnin BMT-yə üvz dövlətlərin gündəliyinə çıxarılacağına ümid edirlər. İnanırıq ki, təcavüzə məruz qalmış 30 milyondan çox bir millətin milli, siyasi, mədəni hüquqlarının tanınması və bəşəriyyətin tərəqqisinə xidmət edəcək bir milli-demokratik dövlətdə yaşamaq istəyi dünya dövlətləri tərəfindən dəstəklənəcək.
Sayğılarımızla
1- Azərbaycan Milli Demokartik Birliyi (Birlik)
2- Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)
3- Azərbaycan Sosiyal Demokrat partisi(ASDP)
4- Güney Azərbaycan Demokrat partisi (GADP)
5- Güney Azərbaycan İstiqlal partisi (GAİP)
6- Güney azərbaycan Liberal Demokrat Partisi (GALDP)
7- Güney Azərbaycan Milli Azadliq Cəbhəsi (GAMAC)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH)
9- Güney Azərbaycan Qurtuluş partisi
11 dekabr 2012 (21 azər 1391)
Müraciətə bir sıra fotoşəkillər əlavə olunub.

Bu xəbər oxucular tərəfindən 1558 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |