Şrift:
Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
18.08.2021 [13:27] - Gündəm, Bildiriş
Azərbaycanda avqustun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 32-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 1660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed