Şrift:
Krımda yaşayan azərbaycanlı şagird Ümumrusiya Uşaq və Gənclər Kino Yaradıcılığı Açıq Forumunun diplomuna layiq görülüb
31.10.2011 [14:01] - Diaspor
Krımda yaşayan azərbaycanlı şagird Nabat Həsənova Ümumrusiya Uşaq və Gənclər Kino Yaradıcılığı Açıq Forumunun diplomuna layiq görülüb. Bu barədə “Krımın Azərbaycan İcması” İctimai Birliyinin rəhbəri Rəhim Hümbətov məlumat verib. Həmyerlimiz “Ən uğurlu kinodebüt” diplomu ilə mükafatlandırılıb.
Xatırladaq ki, Simferopolda orta məktəbdə təhsil alan Nabat Həsənovanın çəkdiyi “Sadəcə burax” qısametrajlı filmi bu şəhərdə keçirilən “Qızıl Çarli” beynəlxalq uşaq və gənclər festivalının da diplomuna layiq görülüb. Həmyerlimiz bu filmdə həm də aktrisa qismində debüt edib.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed