Şrift:
Yeddi ayda aktiv vergiödəyicilərinin sayında artım olub
20.08.2021 [13:43] - Gündəm, İqtisadiyyat
Cari il avqustun 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz artaraq 643 min 504 nəfər təşkil edib.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 faiz artıb və 32 min 233 nəfərə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 177 min 385-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed