Şrift:
ABŞ-ın bir neçə təyyarəsi, helikopteri və raketi taliblərin əlinə keçib
24.08.2021 [11:02] - Xəbərlər, Hərb
“Taliban” hərəkatı Amerikanın bir neçə təyyarəsini, hərbi helikopterini və tank əleyhinə raketini ələ keçirib.

Bu barədə Al Arabiya telekanalı mənbələrə istinadla məlumat yayıb. Telekanalın məlumata görə, baş verənlər Pentaqonun narahatlığına səbəb olub.

Mənbələr bildirirlər ki, taliblərin əlinə keçən silahın zərərsizləşdirilməsi barədə qərar hələlik qəbul edilməyib: “Ola bilsin ki, taliblər təyyarə və helikopterlərdən istifadə etməyə çətinlik çəksinlər. Belə ki, onların pilotları yoxdur, texniki xidmət də onlar üçün əlçatan deyil”.

Həmçinin bildirilir ki, ABŞ “Taliban” hərəkatının hərbi anbarlarına zərbə endirmək də daxil olmaqla, ayrı-ayrı əməliyyatların keçirilməsinə dair qəbul etmək üçün təxliyə prosesinin yekunlaşmasını gözləyir.
Bu xəbər oxucular tərəfindən 1441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed