Şrift:
DİN: Ötən gün 66 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
24.08.2021 [11:20] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 23-də Bakıda və respublikanın digər ərazilərində 11 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 66 nəfər toy şənliklərinə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 2382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed