Şrift:
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatı ilə əlaqəsi olan 5 nəfəri saxlayıb
25.08.2021 [09:53] - Gündəm, Hüquq
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Kaxeti bölgəsində xüsusi əməliyyat keçirib.

Bu barədə DTX məlumat yayıb.

DTX-nin Terrorla Mübarizə Mərkəzi əməkdaşlarının Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Kaxetidə həyata keçirdikləri xüsusi tədbirlər nəticəsində 5 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD terror təşkilatının sıralarına qoşulub və Suriyada terror düşərgəsinə getməyi planlaşdırıblar. Qrupun üzvləri küçədə hərəkət edərkən terror təşkilatına dəstəyini açıq şəkildə ifadə edib və terrorçu simvolları nümayiş etdiriblər.

İstintaq çərçivəsində İŞİD-in nümayəndəsi və Gürcüstan “əmiri” olduğunu açıq ifadə edən terror təşkilatına dəstək qrupunun lideri müəyyən olunub. Saxlanılan şəxslərin məhz onun vasitəsilə terror təşkilatının sıralarına qoşularaq Suriyaya getməyi planlaşdırdıqları məlum olub. Qrupun üzvlərinin mütəmadi qaydada Suriya və İraqdakı qrupların rəhbərləri ilə təmas yaratdıqları, Gürcüstanla əlaqədar gələcək planları müzakirə etmək üçün görüşlər keçirdikləri müəyyən olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına üzvlüklə bağlı 327-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır.
Bu xəbər oxucular tərəfindən 2390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed