Şrift:
Mülki geyimli polis əməkdaşları metroda tibbi maskadan istifadə etməyən şəxslərlə qarşı tədbirlər keçirirlər
25.08.2021 [09:54] - Gündəm, Sosial
Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlər fasiləsiz davam etdiriləcək.

“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında bildirilib.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed