Şrift:
Gədəbəydə özbəkistanlı şairənin “44 gün” adlı kitabının təqdimatı olub
25.08.2021 [10:06] - Xəbərlər, Kitab evi
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş “44 gün” kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabın müəllifi, özbəkistanlı şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, tibb elmləri namizədi, dosent Rəşid Mahmudov,

Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər.

Çıxış edən natiqlər qardaş özbək xalqının tanınmış yazıçısının Vətən müharibəsinə həsr etdiyi əsərinin təqdimatını Gədəbəydə keçirilməsində əziyyəti keçən hər kəsə təşəkkür edərək Xasiyyət xanıma minnətdarlıqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed