Şrift:
“Biznesini yarat marafonu”nun qalibləri müəyyənləşib
25.08.2021 [10:18] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi olan “Biznesini yarat marafonu”nun qalibləri müəyyənləşib.

Məqsədi işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsi olan marafona qoşulmaq üçün ilk mərhələdə 18-29 yaş kateqoriyasından olan 600-ə yaxın gənc biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb-saytında (www.gənc.az) və “GencAPP” mobil tətbiqində yerləşdiriblər. Layihəyə müraciət qəbulu başa çatdıqdan sonra müraciətlər təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və ikinci mərhələyə 127 müraciət seçilib. Müraciətlərin dəyərləndirilməsi mərhələsində Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.

İkinci mərhələyə keçmiş şəxslərə layihənin tərəfdaşlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznes təlimlər keçirilib.

“Öz biznesinə başla” təlimini uğurla başa vurmuş və biznes planlarını hazırlamış 99 şəxsə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən müvafiq iqtisadi istiqamət üzrə resurs və maliyyə dəstəyi göstəriləcək.

Bundan əlavə, marafonun qalibi olmuş şəxslərin öz kiçik biznesini yaratması prosesini sürətləndirmək məqsədilə KOBİA tərəfindən mentor dəstəyi də göstəriləcək.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed