Şrift:
"İran çox imtiyaz istəsə..."- Amerika rəsmisindən nüvə danışıqları ilə bağlı açıqlama
25.08.2021 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 23-də mediaya açıqlamasında sözçü deyib ki, Əfqanıstanda baş verən olaylar ABŞ hökumətinin Vyanada nüvə müzakirələri aparmasına hər hansı bir təsir göstərməyəcək.


“Biz bir daha açıq şəkildə bildiririk ki, Vyanada nüvə razılaşmasının canlandırılması üçün aparılan danışıqlara və razılaşma şərtlərinin icrasına qayıtmağa hazırıq. Hesab edirik ki, bu müzakirələr bizim milli təhlükəsizliyimizin qorunmasının xeyrinədir.


Biz İrandan istəyirik ki, müzakirələri nəticəyə çatdırmaq üçün tez bir zamanda Vyana danışıqlarına qayıtsın. Lakin bildiririk ki, əgər İran çox imtiyaz istəsə və ya az imtiyaz verməyə çalışsa nüvə danışıqları nəticə verməyəcək”, -deyə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan sözçülərindən biri dünən verdiyi açıqlamasında bəyan edib.


Xatırladaq ki, Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın Vyanada İranla apardığı nüvə danışıqlarının 6-cı mərhələsi iyunun 20-də başa çatıb və müzakirələrə qatılan həmin ölkələrin nümayəndə heyətləri öz hökumətləri ilə məsləhətləşmək üçün öz paytaxtlarına qayıdıblar.


Amerika isə bu danışıqlara birbaşa yox, dolayısı ilə qatılır.


Lakin danışıqların davamının gecikdirilməsi və artıq çətin qərarlar vermək məcburiyyətində qalan İranın müzakirələrin 7-ci mərhələsini ləngitməsi, tərəflər arasında aparılmış danışıqların uğursuz alınması ilə bağlı məlumatların yayılmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed