Şrift:
“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda konfransa məqalə qəbulu aparılır
26.08.2021 [13:38] - Gündəm, Mədəniyyət
AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda oktyabrın 14-də keçiriləcək respublika elmi konfransına məqalə qəbul olunur.

Qafqazşünaslıq İnstitutundən bildirilib ki, konfrans “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri”, “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri”, “Azərbaycan dövlətinin güc meyarları”, “Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində”, “İkinci Qarabağ müharibəsi və nəticələri”, “Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim” bölmələrini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 15-dək qafqazkonfrans1@gmail.com ünvanına göndərməlidirlər.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed