Şrift:
Məşhur Azərbaycan aktrisası Mərziyə Davudova haqqında ssenari beynəlxalq kinofestivalda
26.08.2021 [13:41] - Xəbərlər, Mədəniyyət
Məşhur Azərbaycan aktrisası Mərziyə Davudova haqqında kinossenari Kazan Beynəlxalq Müsəlman Kino Festivalının (Kazan International Festival of Muslim Cinema) nəzdnində keçirilən pitçinqin (kino layihələrinin təqdimatı və müdafiəsi) “Short list”nə düşüb. Ssenarinin müəllifi ssenarist kinorejissor Nadir Maçanovdur.

Nadir Maçanov bildirib ki, “Mərziyə” dram janrında tammetrajlı bədii film olacaq. Beynəlxalq layihədir - Azərbaycan, Rusiya, Portuqaliya və İtaliya kino mütəxəssisləri filmin istehsalında birgə çalışacaq. Film Azərbaycanda və Rusiyada çəkiləcək.

“Kazan Beynəlxalq Müsəlman Kino Festivalı dünyada tanınır və festivalın 2021-ci il tarixində Azərbaycanın və aktrisamız Mərziyə Davudovanın adı çəkiləcək”, - deyə Nadir Maçanov qeyd edib.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed