Şrift:
Muxtar respublikada 2 milyon 621min kvadratmetr sahə dezinfeksiya olunub
26.08.2021 [14:01] - Xəbərlər, Sosial
Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev prospekti, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi, Ağır Cinayətlər üzrə Məhkəmə, Mühafizə Polisi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu və bir sıra digər qurumlar, ictimai yaşayış binaları və ətrafı dezinfeksiya edilib. Görülən tədbirlər çərçivəsində Naxçıvan şəhərində 890 min, muxtar respublikanın rayonlarında isə 1 milyon 731 min kvadratmetr sahə olmaqla, ümumilikdə, 2 milyon 621 min kvadratmetr sahə dezinfeksiya olunub.

Dezinfeksiya tədbirləri muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin 1 dezinfeksiya avtomobili, 2 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, dezinfeksiya qrupları və Dövlət Baytarlıq Xidmətinin 1 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed