Şrift:
“Vikipediya”nın alman dili bölməsində Səadət sarayı və Abşeron xalçaçılıq məktəbi haqqında məlumatlar yerləşdirilib
27.08.2021 [15:30] - Gündəm, Mədəniyyət
“Vikipediya”nın xarici dil bölməsində fəaliyyət göstərmək daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət edirlər. Onlayn ensiklopediyada bu məlumatlar zəngin olmalıdır ki, ölkəmiz haqqında dolğun və etibarlı informasiya əldə etmək mümkün olsun.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, son aylar Alman-Azərbaycan Vikipediya Klubunun koordinatoru Gülçin Abbaszadə alman dili bölməsində səmərəli fəaliyyət göstərir, məlumatları yüksək səviyyədə tərcümə edərək, etibarlı mənbələrlə zənginləşdirir. O, bu günədək Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini əhatə edən onlarla məqalə yaradıb və əsaslı redaktə edib. Bu günlərdə “Vikipediya”nın alman dili bölməsində Səadət sarayı, Abşeron xalçaçılıq məktəbi və Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti haqqında məqalələr yaradaraq almandilli oxuculara təqdim edib.

Qeyd edək ki, Gülçin Abbaszadə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində iştirak edib.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed