Şrift:
Gəncə sakinindən dörd kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb
27.08.2021 [15:32] - Gündəm, Hüquq
Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarış zamanı ondan 11 qrama yaxın marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin yaxınlığında gizlətdiyi əlavə 3 kiloqram 630 qram marixuana da götürülüb.

Faktla bağlı təhqiqat davam edir.
Bu xəbər oxucular tərəfindən 2341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed