Şrift:
İranda koronavirusun “Lambda” adlı yeni variantının yayılacağı barədə xəbərdarlıq edilib
27.08.2021 [15:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın “Şəhid Beheşti” aına Tibb Universitetinin virusologiya üzrə araşdırmalar mərkəzinin rəisi Əlirza Naci deyib ki, oktyabrı ayından sonra İranda koronavirusun “Lambda” variantının yayılmağa başlamağa ehtimalı yüksəkdir.


“Bir sıra qonşu ölkələrdə, o cümlədən də Türkiyə, Pakistan və Qətərdə “Lambda” virusuna yoluxma halları müşahidə edildikdən sonra artıq deyə bilərik ki, koronavirusun bu yeni variantının İrana da gəlib çatması yüksəkdir.


Koronavirusun “Lambda” variantı ilk dəfə 2020-ci ilin avqust ayında Peruda aşkarlandı və hazırda bu vurus artıq 42 ölkədə yayılmağa başlaması müşahidə olunub”, -deyə Tehranın “Şəhid Beheşti” aına Tibb Universitetinin virusologiya üzrə araşdırmalar mərkəzinin rəisi Əlirza Naci bildirib.


Həmçinin Tehranda koronavirusa qarşı mübarizə qərargahının rəisi müavini Nadir Təvəkküli mediaya açıqlamasında deyib ki, “Lambda” virusunun yayılması ilə ölkədə yoluxucu xəstəliyə yoluxma halları dəhşətli dərəcədə artmağa başlayacaq.


“Ölkədə koronavirusun “Lambda” variantının yayılmağa başlaması ilə demək olar ki, ölkədə 10-20 yaşları arasında olan uşaq və yeneyetmələr arasında yoluxma və ölüm halları artacaq”, -deyə Tehranda koronavirusa qarşı mübarizə qərargahının rəisi müavini Nadir Təvəkküli bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed