Şrift:
Kabildə güclü partlayış baş verib
30.08.2021 [09:13] - Gündəm, Hadisə
Bazar günü Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

Bu barədə Al Arabiya telekanalı hadisə şahidlərinə istinadla məlumat yayıb.

Asvaka agentliyi bildirir ki, partlayış yaşayış binasına endirilən raket zərbəsi nəticəsində baş verib. Agentliyin məlumatına görə, iki nəfər həlak olub, üç nəfər yaralanıb. Ölənlər qadın və uşaqdır.

Ariana News telekanalı isə bir qədər sonra xəbər verib ki, raket hücumu nəticəsində dördü uşaq olmaqla, altı nəfər həyatını itirib. Həmçinin iki nəqliyyat vasitəsi məhv edilib, yaşayış binası qismən dağılıb. Sakinlər vedrələrlə su daşıyaraq yanğını söndürməyə çalışırlar.

KİV-də ABŞ Silahlı Qüvvələrinin Kabildəki obyektlərə raket zərbələri endirdiyi barədə xəbərlər yayılır.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed