Şrift:
İtaliya Britaniya vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir
30.08.2021 [09:21] - Gündəm, Sosial
İtaliya vaksinasiyadan keçmiş və koronavirus testinin nəticəsi mənfi olan Birləşmiş Krallıq vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir.

Bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

O bildirib ki, İtaliya peyvənd prosesini tamamlayan və testin nəticəsi mənfi olan Britaniya səyahətçiləri üçün 5 günlük məcburi karantini avqustun 31-dən ləğv edəcək.

Qeyd edək ki, digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed