Şrift:
Son hesabata görə İranda jurnalistlərə qarşı təzyiqlər artıb
14.12.2012 [10:42] - Güney Azərbaycan xəbərləri, Hüquq
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin Şimali Afrika və Orta Şərq ölkələri üzrə əlaqələndiricisi Şərif Mənsur jurnalistlərə açıqlamasında qurumun son hesabatından danışıb.
Həbsdə olan jurnalistlərlə bağlı 11 dekabr hesabatından söz açan Şərif Mənsur deyib: “Bizim komitə 2010-cu ildə İranda 34 jurnalistin, 2011-ci ildə isə 42 jurnalistin həbsə salındığını qeydə alıb. 2012-ci ilə bu rəqəm 45 nəfərə çatıb. Bu isə İranda jurnalistlərin tutulub həbsə salınması hallarının genişləndiyini göstərir. Türkiyə və Çindən fərqli olaraq İranda internetə süzgəc qoyulması ilə yanaşı jurnalistlərə zorakılıq tətbiq edilməsi də müşahidə olunur”.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin həbsdə olan jurnalistlərlə bağlı yeni hesabatında deyilir: “2012-ci ildə bütün dünya üzrə həbsdə olan jurnalistlərin sayı 232 nəfərə çatıb ki, bu da 2011-ci ilin göstəricisindən 53 nəfər çoxdur. Jurnalistlərə qarşı ən çox irəli sürülən ittihamlar dövlət əleyhinə fəaliyyət, terrorizm, xəyanət və pozuculuq fəaliyyəti ilə bağlı olub. Bu cür hallar ən çox Türkiyə, İran və Çində yayılıb. Eritreya və Suriya da bu göstərici üzrə dünyanın ən pis ölkələri sırasına daxil olub”.
Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed