Şrift:
Azərbaycan “Akıncı” TİHA-nın təqdimetmə mərasimində təmsil olunub
30.08.2021 [09:27] - Xəbərlər, Türk dünyası-Turan
“Bayraktar” texnologiya şirkəti tərəfindən istehsal olunan (Akıncı Taarruzi İnsansız Hava Aracı -TİHA) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

Qeyd edək ki, “Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə “Akıncı” TİHA-nın sifarişçilərindən olacağı ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 2224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed