Şrift:
Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
30.08.2021 [09:49] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və baş qərargah rəisi ordu generalı Yaşar Gülerə təbrik məktubu ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Təbrikdə deyilir: “Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.

Əminəm ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.

Fürsətdən istifadə edərək Sizə hörmət və ehtiramımı izhar edirəm”.
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed