Şrift:
Təbrizin içməli su qaynaqları çirkləndirilir
30.08.2021 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərinin şərqində yerləşən və kimiyə məhsullar istehsal edən “Kolorpars” zavodunun çirkli tullantıları şəhərin içməli su qaynaqlarını təhlükəyə salıb.

Şəhərin içməli suyunun təmizlənməsində iştirak etməli olan zavodun rəhbərliyi çoxsaylı müraciətlərə baxmayaraq, məsələnin həlli ilə bağlı heç bir addım atmaq niyyətində deyil.

Şərqi azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi isə zavod rəhbərliyinə xəbərdarlıq məktubu göndərməklə kifayətlənib və problemin aradan qaldırılması ilə bağlı hər hansı qanuni addım atmayıb.

Məsələnin maraqlı tərəfi burasındadır ki, zavod rəhbərliyi istehsal etdikləri kimiyəvi məhsulların tullantılarının suya qatıldığı zaman onu dezinfeksiya etdiyini iddia edirlər.

Yerli ətraf mühit fəallarının məsələ ilə bağlı hazırladıqları sujetdə “məsulların ləyaqətsizliyi və yarıtmazlığı səbəbindən Təbriz camaatının canı təhlükədədir. Bunun qarşısını almaq üçün əhali ayağa qalxıb etiraz etməlidir, yoxsa sonra gec olacaq”-deyə, bildirilir.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed