Şrift:
Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbində buraxılış mərasimi keçirilib
31.08.2021 [10:21] - Xəbərlər, Siyasət
Türkiyənin Ankara şəhərində yerləşən Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbində növbəti buraxılış mərasimi keçirilib.

Ölkəmizin Türkiyədəki Səfirliyindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyə milli müdafiə nazirinin, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, müxtəlif qoşun növləri üzrə komandanların, Türkiyədə akkreditasiya olunan diplomatik korpus heyətinin, eləcə də hərbi attaşe, dövlət və hökumət nümyəndələrinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan da təmsil olunub.

Hər il olduğu kimi, builki məzunların arasında Azərbaycan Ordusunun zabitləri də yer alıblar.

Mərasimdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed