Şrift:
BMT Təhlükəsizlik Şurası Əfqanıstandan maneəsiz çıxış haqqında qətnamə qəbul edib
31.08.2021 [10:23] - Xəbərlər, Siyasət
Avqustun 30-da BMT Təhlükəsizlik Şurası Əfqanıstandan maneəsiz çıxış haqqında qətnamə qəbul edib.

Amerika telekanallarına istinadla xəbər verir ki, qətnamədə “Taliban” hərəkatı əfqanların və xarici vətəndaşların ölkədən sərbəst və təhlükəsiz çıxışını təmin etməyə çağırılır. Sənədin lehinə Təhlükəsizlik Şurasının 13 üzvü səs verib, Rusiya və Çin bitərəf qalıb.

Qətnamə, həmçinin Əfqanıstana humanitar yardım göndərilməsində səylərin artırılmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed