Şrift:
Muxtar respublikanın idman federasiyalarının üzvləri “Yay məktəbi”ndə iştirak ediblər
31.08.2021 [10:30] - Gündəm, Sosial
Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək.

Layihənin proqramına əsasən, bu müddət ərzində gənclər üçün təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.

“Yay məktəbi”ndə Şahmat, Hava və Ekstremal İdman Növləri, Atletika və Atıcılıq federasiyalarının üzvləri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed