Şrift:
Aİ daxili işlər nazirləri Əfqanıstan mövzusunda məsləhətləşmələr aparacaqlar
31.08.2021 [10:46] - Xəbərlər, Siyasət
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Əfqanıstanda yaranmış vəziyyətlə bağlı növbədənkənar toplantı keçirəcəklər.

Bu barədə hazırda Aİ Şurasına sədrlik edən Sloveniya hökuməti məlumat yayıb. Məlumatda bildirilir ki, vəziyyətin gərginləşməsinin yarada biləcəyi terror təhlükəsi və Avropa istiqamətindən miqrasiya hərəkatı toplantıda əsas mövzular olacaq.

Eyni zamanda müzakirələrdə müdafiəyə ehtiyacı olan şəxslər və vaxtı ilə Avropa və beynəlxalq qurumlarla əməkdaşlıq etmiş şəxslərin mühafizəsi də diqqət mərkəzində dayanacaq. Qeyd edilib ki, bu qəbildən olan şəxslərin hərbi təxliyə əməliyyatlarının başa çatmasından sonra da dəstəklənməsi nəzərdə tutulur.

2015-ci ildə Avropaya doğru miqrasiya axınını nəzərə alaraq, Aİ ölkələri bu görüşdə “nəzarətsiz və kütləvi qeyri-leqal miqrasiya“nın yeni dalğasının yaranmamasına çalışırlar. Toplantı ilə bağlı məlumatda qeyd edilir ki, “keçmişdə baş verənlərdən çıxarılan nəticəyə əsaslanaraq, Aİ ölkələri birlikdə mümkün miqrasiya axınlarına koordinasiyalı və nizamlı reaksiyaya hazırlaşmalıdırlar”.
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed