Şrift:
“Taliban” ABŞ-la yaxşı münasibətlərin olmasını istəyir
31.08.2021 [11:01] - Xəbərlər, Siyasət
Vaşinqton Əfqanıstanda məğlubiyyətə uğradı və öz hədəflərinə çata bilmədi.

1TV News telekanalına istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid bildirib. Bununla yanaşı, o deyib ki, taliblər ABŞ-la yaxşı münasibətlərin olmasını istəyir.

Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda hücuma keçən taliblər bütün iri şəhərləri tutaraq iyirmi illik müharibənin başa çatdiğını elan ediblər. Hazırda dövlətin idarə olunması məsələsi həll olunur.

Avqustun 31-nə keçən gecə sonuncu Amerika əsgəri Əfqanıstanı tərk edib və Pentaqon bu ölkədə missiyasının başa çatdığını bildirib. Əcnəbilərin və müttəfiqlərin təxliyə olunduğu Kabil aeroportu silahlıların idarəçiliyinə keçib.

ABŞ-da 11 sentyabr terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında başlamış “Sarsılmaz azadlıq” əməliyyatı beləcə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed