Şrift:
Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb
31.08.2021 [11:15] - Xəbərlər, Sosial
Avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovinadan olan 20-dən çox xarici jurnalist iştirak edir. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

Üç günlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar. Səfərin ilk günündə media əməkdaşları Füzulidə Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşəcək, minaların zərərsizləşdirilməsi prosesini izləyəcək və Alxanlı məscidi ilə tanış olacaqlar. Həmçinin Cəbrayıl şəhərinin dağıntıları, dağıdılmış müsəlman tarixi və dini abidələri, qəbiristanlıqlarla tanışlıq da nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed