Şrift:
İqlim fəalları Londonda Elm muzeyinin qarşısında etiraz aksiyası keçiriblər
01.09.2021 [10:00] - Gündəm, Sosial
İqlim fəalları Londonda Elm muzeyinin qarşısında etiraz aksiyası keçiriblər.

fəallar “Shell” enerji şirkətinin Elm muzeyində keçirilən “Gələcək planetimiz” adlı sərgiyə sponsorluq etməsinə etiraz ediblər. Sərgi atmosferdən karbon qazını çıxarmaq üçün hazırlanan texnologiyalara həsr olunub.

Etirazçılardan 5-i qollarını muzeyin barmaqlıqlardan keçirərək əllərini bir-birinə yapışdırıb, 6 nəfər isə boğazlarını dəmir barmaqlıqlara bağlayıb. Başqa qrup isə muzeyin girişində əyləşərək ziyarətçilərin binaya daxil olmalarına maneə törədiblər.

Polis mikroavtobus və bir çox zabitlə etirazçıların yolunu bağlayıb. İqlim fəalları etiraz aksiyalarına növbəti günlərdə də davam edəcəklərini açıqlayıblar.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed