Şrift:
Ukrayna və ABŞ müdafiə sahəsində əməkdaşlığa dair yeni saziş imzalayıb
01.09.2021 [10:10] - Xəbərlər, Hərb
Ukrayna və ABŞ müdafiə tərəfdaşlığının strateji əsasları haqqında saziş imzalayıb.

Bu barədə ABŞ-da işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski tvitter səhifəsində məlumat verib.

"Ukrayna ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb. ABŞ Müdafiə Nazirliyi müdafiə tərəfdaşlığının strateji əsasları ilə bağlı saziş imzaladı. Ukraynanın NATO-ya üzv olması üçün ABŞ dəstəyi olduqca vacibdir”, deyə Volodimir Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti avqustun 31-dən ABŞ-da işgüzar səfərdədir. Səfər çərçivəsində Ukrayna və ABŞ prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 2021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed