Şrift:
İranda koronavirusdan daha 643 nəfər vəfat edib, 31 319 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA
01.09.2021 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı yeni statistikasına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 107 min 794 nəfərə, xəstəliyə yoluxanların sayı isə 4 milyon 992 min 63 nəfərə çatıb.


Nazirliyin bildirdiyinə görə, İranda bu günə qədər 4 milyon 205 min 927 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.


Bildirilir ki, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 7 879 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 28 milyon 892 min 685 test aparılıb.


Yayılan məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 306 şəhəri qırmızı, 110 şəhəri narıncı, 32 şəhəri isə sarı vəziyyətdədir.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 107 min 794 nəfərə, yoluxanların sayının isə 4 milyon 992 min 63 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi statistikada elan ediləndən ən azı üç dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed