Şrift:
Şəhid Ruslan Qəhrəmanova məxsus materiallar muzeyin Vətən müharibəsi fonduna təhvil verilib
02.09.2021 [14:13] - Xəbərlər, Hərb
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi kapitan Ruslan Qəhrəmanova məxsus materiallar daxil edilib.

Bu barədə muzeydən məlumat verilib.

Ruslan Qəhrəmanov 1988-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub və şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ruslan Qəhrəmanov “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (ölümündən sonra).
Bu xəbər oxucular tərəfindən 2115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed