Şrift:
Əfqanıstanda daxili təyyarə reysləri sabah bərpa olunacaq
02.09.2021 [14:33] - Xəbərlər, Sosial
Əfqanıstanda daxili təyyarə uçuşlarının bərpası sentyabrın 3-dən etibarən başlayacaq.

Al Jazeera telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın mülki aviasiya idarəsinin rəhbəri bildirib. Telekanalın məlumatına görə, beynəlxalq aviareysləri bərpa etmək üçün isə taliblərə çoxlu vaxt lazım gələcək.

Avqustun 31-nə keçən gecə xarici qoşunların Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra Kabil aeroportu fəaliyyətini dayandırıb. Aeroportla bağlı vəziyyəti bir qədər əvvəl Al Jazeera telekanalına açıqlamasında şərh edən “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid bildirib ki, onlar texniki vəsiyyəti qiymətləndirir, problemləri necə həll etmək barədə düşünürlər.

KİV-in məlumatına görə, Kabilə Türkiyə və Qətərdən texniki mütəxəssislər gəlib, son bir neçə gündə paytaxt aeroportunda bərpa işləri aparılıb.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed