Şrift:
Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
02.09.2021 [14:38] - Xəbərlər, Hərb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişinə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə Bakıda təlim-məşqlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə, həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 2176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed