Şrift:
Səbail rayonunda soyğunçuluq edən şəxs yaxalanıb
03.09.2021 [14:03] - Gündəm, Hadisə
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.Talıbov sentyabrın 1-də Ü.Hacıbəyov küçəsində bir nəfərin ona zor tətbiq edib mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini M.Mehdiyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed