Şrift:
Ağdam sakini: Prezidentimizin, şanlı ordumuzun sayəsində ən böyük arzumuza çatmışıq
06.09.2021 [09:53] - Xəbərlər, Sosial
Bu gün doğma şəhərimizə gəldiyimiz üçün çox sevinirik. Eyni zamanda, Ağdamı bu vəziyyətdə gördüyümüzə görə kədərliyik. Erməni vandalları burada hər şeyi məhv edib, şəhəri yer üzündən siliblər. Ancaq əminik ki, tezliklə Ağdamımız yenidən qurulacaq, əvvəlkindən də gözəl bir şəhər olacaq.

Bu sözləri açıqlamasında Ağdam sakini Çimnaz Rüstəmova söyləyib.

"Mən Ağdam şəhərində doğulmuşam. Evimiz Ağdam şəhərində "Dostluq" kinoteatrı ilə üz-üzə idi. Uşaqlığım, gəncliyim doğma evimizdə, şəhərimizdə keçib. Ağdamla bağlı gözəl xatirələrim var. 30 ilə yaxındır bu xatirələrlə yaşayır, doğma şəhərimizi görməyi səbirsizliklə gözləyirdik. Çox şükürlər olsun ki, Prezidentimizin, şanlı ordumuzun sayəsində ən böyük arzumuza çatmışıq. Bu sevinci bizə bəxş etdiyinə, doğma şəhərimizi görməyə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed