Şrift:
Bu günə kimi İrana 40 milyon doza müxtəlif şirkətlərə məxsus peyvənd idxal olunub
06.09.2021 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran “AstaraZeneca” şirkəti ilə əldə etdiyi razılığa əsasən sentyabrın 5-də ölkəyə 650 min doza peyvənd gətirilib.

Bu barədə İranın Gömrük Komitəsinin sədr müavini Mehrdad Camali məlumat verib. Onun sözlərinə görə, İranın Qırmızı Aypara Cəmiyyəti də 5 milyon doza peyvənd alaraq ölkəyə gətirib. Bu günə kimi İrana 40 milyon doza müxtəlif şirkətlərə məxsus peyvənd idxal olunub.

İranın Səhiyyə Nazirliyinin məlumatına əsasən bu günə kimi ölkədə 19 milyon 340 min 385 nəfərə birinci, 9 milyon 502 min 679 nəfərə isə hər iki doza peyvənd vurulub. Ümumilikdə İranda 28 milyon 843 min 64 nəfərə peyvənd olunub. Əhaliyə peyvənd vurulması davam edir.

Səhiyyə Nazirliyinin digər açıqlamasına əsasən isə san 24 saat ərzində ölkə üzrə 25 min 879 nəfərin koronavirusa yoluxması, 610 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 5 milyon 129 min 407 nəfərə, ölənlərin ümumi sayı isə 110 min 674-ə çatıb. Ölkə üzrə xəstəxanalarda müalicə alan 7 min 689 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda müalicə alan 4 milyon 362 min 814 nəfər sağalaraq evə buraxılıb.

Prezident İbrahim Rəisi Sistan-Bəlucistan vilayətinə səfəri zamanı sakinlərlə görüşüb və bəyan edib ki, hökumət bütün qüvvələrini səfərbər edib koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirib. O həmçinin qeyd edib ki, İran xalqı tam olaraq vaksinlə təmin olunacaq.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed