Şrift:
İranda koronavirusdan daha 610 nəfər vəfat edib, 25 870 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA
06.09.2021 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin sentyabrın 5-də yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 110 min 674 nəfərə, xəstəliyə yoluxanların sayı isə 5 milyon 129 min 407 nəfərə çatıb.


Nazirliyin bildirdiyinə görə, İranda indiyədək 4 milyon 362 min 814 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.


Bildirilir ki, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 7 689 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 29 milyon 452 min 322 test aparılıb.
Yayılan məlumata əsasən, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 246 şəhəri qırmızı, 144 şəhəri narıncı, 58 şəhəri isə sarı vəziyyətdədir.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 110 min 674 nəfərə, yoluxanların sayının isə 5 milyon 129 min 407 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi statistikada elan ediləndən ən azı üç dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed