Şrift:
Balakəndə indiyədək 23 min tondan çox tərəvəz istehsal olunub
07.09.2021 [10:20] - Xəbərlər, İqtisadiyyat
Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2008 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1637,9 hektar sahənin məhsulu yığılıb, 23 min 305 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 142,3 sentner təşkil edir.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 12 min 27 ton xiyar, 4593 ton pomidor, 44 ton kələm, 3017 ton yaşıl lobya, 1196 ton baş soğan, 879 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı isə artıq başa çatıb. Fermerlər cari mövsümdə sahələrdən 5955 ton kartof, 4181 ton bostan məhsulları yığıblar.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed