Şrift:
Majelin Delara : Azərbaycan səfirliyinin stendi həmişə yüksək səviyyədə təşkil olunur
07.09.2021 [10:29] - Xəbərlər, Mədəniyyət
Azərbaycanda bir neçə dəfə olmuşam. Ölkənizi yaxşı tanıyıram, həqiqətən də ecazkar ölkədir. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Azərbaycan mədəniyyəti çox zəngindir.

Bu fikirləri müsahibəsində “Səfirliklər Festivalı” çərçivəsində Azərbaycan səfirliyinin stendini ziyarət etmiş “Diplomat magazine” jurnalının baş redaktoru Majelin Delara bildirib.

Azərbaycan mədəniyyətini yaxından tanıdığını deyən baş redaktor qeyd edib ki, festival çərçivəsində həmişə səfirliyimizin stendini ziyarət edir. Azərbaycan səfirliyinin stendi həmişə yüksək səviyyədə təşkil olunur. Majelin Delara vurğulayıb ki, ölkəmizə səfəri çərçivəsində zəngin və dadlı mətbəximizi çox sevib. Həmçinin o, Bakının müasirliyi və memarlığına valehdir. Bakıda abidələr, muzeylər zəngin və əsrarəngizdir. Hər dəfə Bakıya səfəri zamanı yeniliklərin və inkişafın şahidi olub.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed