Şrift:
COVID-19 səbəbindən İtaliyada orta ömür uzunluğu 1 ildən çox azalıb
07.09.2021 [10:32] - Gündəm, Sağlıq
Koronavirus (COVID-19) pandemiyası səbəbindən 2020-ci ildə İtaliyada orta ömür uzunluğu 1,2 il azalıb.

İtaliya Milli Statistika İnstitutunun (ISTAT) hesabatına istinadla xəbər verir ki, keçən il ölkə üzrə orta ömür uzunluğu 83,2 ildən 82 ilə düşüb. 2020-ci ildə orta ömür uzunluğu qadınlarda 84,4 il, kişilərdə 79,7 il hesablanıb. 2019-cu ildə bu göstəricilər qadınlarda 85,4 yaş, kişilərdə 81,1 yaş idi.

COVID-19-dan ən çox təsirlənən bölgələrdə isə orta ömür uzunluğu daha çox azalıb. Pandemiyanın ilk aylarında ən çox yoluxma və ölüm hallarının müşahidə edildiyi Lombardiya bölgəsindəki bəzi şəhərlərdə kişilərin orta ömür uzunluğu 4,5 il, qadınlarda isə 3,2 il azalıb. Lombardiyadakı Berqamo şəhəri isə orta ömür uzunluğunun ən çox azaldığı bölgələrdən biri olub.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Berqamo morqlarda yer olmadığı və tabutların hərbi maşınlarla başqa şəhərlərə daşındığı bölgə kimi bütün dünyada xəbər mövzusuna çevrilmişdi.
Bu xəbər oxucular tərəfindən 1376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed