Şrift:
Azərbaycanda 16-18 yaşlı yeniyetmələr istisna hallarda koronavirus əleyhinə peyvənd oluna bilərlər
07.09.2021 [10:45] - Xəbərlər, Sosial
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərar nazirliyinin Elmi Tibbi Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Elmi Komitəsi tərəfindən cari epidemioloji vəziyyət, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələri nəzərə alınaraq qəbul edilib.

Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed