Şrift:
SEPAH-dan Kürd Muxtariyyəti rəhbərliyinə xəbərdarlıq: “Bu vəziyyət bizim üçün dözülməzdir”
07.09.2021 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 6-da mediaya açıqlamasında o, bu barədə İraqın Kürdüstan Muxtar bölgəsinin hökumətinə kəskin xəbərdarlıq edib.

İranın kürd yaraqlı dəstələrinin sərhəd bölgələrində İraqın Kürdüstan Muxtar Bölgəsi ərazisindən “sui-istifadə” etdiyini bildirən M.Pakpur deyib ki, iki ölkənin sərhəddində yaranmış hazırkı gərgin vəziyyətin davam etməsi və regionda sabitliyin pozulması kimi halların baş verməsi yolverilməzdir.


“İraqın Kürdüstan Muxtar Bölgəsi sərhəddində indiki vəziyyətin davam etməsi bizim üçün dözülməzdir və biz terrorçulara lazımli cavabı verəcəyik.


Hesab edirik ki, İraq hökuməti və bu ölkənin Kürdüstan Bölgəsi terrorçuların sərhəd məntəqələrində meydan süulamasına və onların ərazilərindən sui-istifadə edərək İrana qarşı təhdid yaratmasına imkan verməməlidir.


Aydın məsələdir ki, biz bu məsələyə laqeyd və əhəmiyyətsiz yanaşımasını qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə zidd addım sayaraq, Kürdüstan Muxtar Bölgəsində özləri üçün yuva qurmuş islam respublikası düşmənlərinə bağlı olan terrorçu qruplaşmalara və onların himayədarlarına qarşı kəskin cavab verəcəyik.


Biz həm də bölgədə terrorçu qruplaşmaların bazalarına yaxın məntəqələrdə yaşayan dinc əhalidən istəyirik ki, hər hansı bir zərər-ziyana məruz qalmamaq üçün onların qərargahlarından uzaqlaşsınlar”, -deyə Sepah” terror təşkilatının quru qüvvələrinin komandanı Məhəmməd Pakpur bildirib.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed