Şrift:
İran parlamentinin Əfqanıstandakı olaylarla bağlı qapalı iclası keçirilib
07.09.2021 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, Əfqanıstandakı olayların araşdırılması mövzusu ətrafında keçirilən qapalı iclasa “Sepah”ın “Qüds” briqadasının komandanı İsmayıl Qaani də qatılıb.


Bildirilir ki, iclasda bir neçə deputat Əfqanıstanda baş verən olaylarla bağlı çıxış ediblər və “Taliban”ın bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonra indiki durumu müzakirə edilib.


Qapalı iclasda həmçinin “Sepah”ın “Qüds” briqadasının Əfqanıstandakı son vəziyyətlə bağlı hesabatı dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.


İran parlamentinin qapalı iclasında Əfqanıstan mövzusu ilə bağlı deputatların etdiyi çıxışların, eləcə də İsmayıl Qaaninin qonşu ölkədəki vəziyyətlə bağlı parlamentə təqdim etdiyi hesabatının detalları mediaya açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed