Şrift:
Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var
08.09.2021 [14:00] - Gündəm, Bildiriş
Azərbaycanda sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-19°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi - 766 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacağı ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed